Azərbaycandan Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində danışıqlara başlanılıb

Azərbaycandan Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində danışıqlara başlanılıb Bakı. 9 may. REPORT.AZ/ Bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. “Report” xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin rəsmi mətbuatda məqaləsində deyilir.
Energetika
9 May , 2018 12:13
Azərbaycandan Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində danışıqlara başlanılıb

Bakı. 9 may. REPORT.AZ/ Bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. “Report” xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyevin rəsmi mətbuatda məqaləsində deyilir.

E.Pirverdiyev tezliklə Bolqarıstana da elektrik enerjisi satılacaığını qeyd edib:

“Hazırda Azərbaycan Türkiyənin elektrik enerjisi bazarında etibarlı tərəfdaş kimi çox əhəmiyyətli bir mövqeyə malikdir. Türkiyəyə elektrik enerjisinin ixracı və onun mütəmadi olaraq artırılması cənab Prezidentin qarşımızda əvvəlki illərdə qoyduğu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı olub və hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir. Çox əlamətdar bir haldır ki, bu ildən Türkiyə vasitəsilə Yunanıstana elektrik enerjisinin ixracı təmin olunur. Türkiyə vasitəsilə Bolqarıstana elektrik enerjisinin ixracı istiqamətində də artıq danışıqlara başlanıb”.

“Azərenerji” rəhbəri həmçinin enerji sisteminin gücünün artırılması sahəsində görülən işlərin mümkün təsirlərini də açıqlayıb:

"Ümid edirəm ki, enerji sisteminin generasiya gücünün artırılması və ötürücü infrastrukturun modernləşdirilməsi istiqamətində həyata keçirəcəyimiz təxirəsalınmaz tədbirlər bizə, ölkəmizin əlverişli coğrafi mövqeyindən səmərəli istifadə etməklə, elektrik enerjisi tranziti və ixracı üzrə bölgədə aparıcı rola sahib olmaq imkanı verəcək”.

E.Pirverdiyev İrana elektrik enerjisinin ixrac ediləcəyi vaxtı da açıqlayıb:

"Son illərdə enerji sisteminin generasiya imkanlarının artması nəticəsində yaranmış ixrac potensialından səmərəli istifadə edilməsi istiqamətində işlər davam etdirilir və öz müsbət nəticəsini verir. Məlum olduğu kimi, bu günlərdə elektrik enerjisinin alqı-satqısının təmin edilməsi barədə İranla müqavilə imzalanıb. Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada) rejimdə İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən elektrik enerjisinin ixracı prosesinə başlanılacaq".

Son xəbərlər

Orphus sistemi