"Lukoyl" Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb

"Lukoyl" Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb Hasilat 2 faiz artaraq 15,2 milyard kubmetrə çatıb
Energetika
18 Noyabr , 2016 22:36
Lukoyl Azərbaycandakı layihələri hesabına qaz hasilatını artırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Cari ilin 9 ayı ərzində "Lukoyl"un qaz hasilatı 2 faiz artaraq 15,2 milyard kubmetrə çatıb.

"Report" xəbər verir ki, şirkətin məlumatına görə, hasilat dinamikasına Azərbaycan, Qazaxıstan və Özbəkistandakı layihələrin inkişafı müsbət təsir göstərib.

Buna baxmayaraq, şirkətin neft hasilatı ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 faiz azalaraq 69,3 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi