Azərbaycanda yüksək oktanlı benzinin istehlakı kəskin azalıb

Azərbaycanda yüksək oktanlı benzinin istehlakı kəskin azalıb SOCAR prezidenti R.Abdullayev: "Yanacağın qiyməti neftin 60 dollar səviyyəsində olan qiymətlərlə eynidir"
Energetika
4 Sentyabr , 2015 18:08
Azərbaycanda yüksək oktanlı benzinin istehlakı kəskin azalıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın daxili bazarda yanacağın satış qiyməti dünya bazarında neftin qiymətinin 60 dollar səviyyəsində olan qiymətlərə uyğundur. 

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərin neftin ucuzlaşması fonunda yanacağın qiymətinin sabit qalması ilə bağlı sualına aydınlıq gətirərkən deyib: "Bu məsələni tez-tez eşidirəm. Lakin nədənsə neftin qiyməti 120 dollar olan zaman kimsə bundan danışmırdı. İndiki qiymətlər neftin 60 dollar səviyyəsində olan qiymətlərlə eynidir. Stabil iqtisadiyyatımız var və dövlət tərəfindən qiymət nizamlanır. Bizdə neftin qiyməti heç də dünya bazarındakından yüksək deyil".

R.Abdullayev Ai-98 və Ai-95 markalı benzindən istifadənin 10 dəfə aşağı düşdüyünü deyib: "Ai-98 və Ai-95 markalı benzinin qiymətinin sərbəst buraxılmasından sonra ondan istifadə 10 dəfə azalıb. İndi hamı Ai-92 markalı benzindən istifadə edir. Hazırda yanacaqdoldurma məntəqələrində 6-7 ay bundan əvvəl gətirilən benzin satılır. Əvvəl daxili bazarda 150 min ton Ai-95 benzini satırdıqsa, indi bu, 20-25 min tona düşüb. Hazırda ölkədə istehlakın 96%-i Ai-92 markalı benzinin payına düşür ki, onun da qiyməti stabildir".

SOCAR prezidenti buna misal olaraq qeyd edib ki, Gürcüstanda əvvəllər 1 litrinin qiyməti 1,6-1,7 dollar olan benzinin satış qiyməti yalnız bu yaxınlarda Azərbaycandakı səviyyəyə düşüb.

Son xəbərlər

Orphus sistemi