​Azərbaycanda yeni bitum qurğusunun inşası ilə bağlı Avstriya şirkəti ilə danışıqlar aparılır

​Azərbaycanda yeni bitum qurğusunun inşası ilə bağlı Avstriya şirkəti ilə danışıqlar aparılır "Poerner" şirkəti Bakı neft emalı zavodunda bitum istehsalının təşkili işlərinə başlayıb
Energetika
16 Sentyabr , 2015 17:19
​Azərbaycanda yeni bitum qurğusunun inşası ilə bağlı Avstriya şirkəti ilə danışıqlar aparılır

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçiriləcək modernləşmə və yenidənqurma işləri çərçivəsində illik məhsuldarlığı 400 min ton olan yeni bitum qurğusunun inşası nəzərdə tutulub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə Avstriyanın "Poerner GmbH." şirkəti tərəfindən zavodda neftdən bitum istehsalının təşkil olunması işlərinə başlanılıb və müqavilə danışıqları aparılıb. Danışıqların nəticəsi olaraq "Poerner" şirkəti və layihə üzrə idarəedici podratçı qismində cəlb edilmiş "Fluor" şirkətinin rəhbərliyi ilə ilkin əlaqələndirmə iclası keçirilib. İclasda SOCAR prezidentinin müşaviri Fərəməz Rüstəmov, emal üzrə vitse-prezidentin müşaviri Məhiyəddin İsmayılov, H.Əliyev adına NEZ-in baş mühəndisi Nail Əmirov, modernləşmə və yenidənqurma işləri üzrə direktor müavini Fərid İbrahimxəlilov, "Fluor" və "Poerner" şirkətlərinin layihə üzrə texniki menecerləri Frederik Baars və Kristian Opitz, eləcə də digər mütəxəssislər iştirak ediblər. Texniki müzakirələr zamanı səmərəli təkliflər verilib, fikir mübadiləsi aparılıb. Bildirilib ki, yaxın vaxtlarda "Poerner" şirkəti tərəfindən baza layihələndirmə işlərinin aparılmasına start veriləcək.

Qeyd edək ki, zavodun modernləşdirilməsi 2015-2019-cu illər ərzində mərhələli şəkildə aparılacaq və həmin tədbirlərin məqsədi ölkədə istehlak edilən bütün mühərrik yanacaqlarının "Avro-5" standartının tələblərinə tam cavab verməsi, eyni zamanda, “Azərikimya” İB-nin yüksək keyfiyyətli xammalla (etan-etilen, propan-propilen və butan-butilen fraksiyaları) təmin edilməsidir.

Son xəbərlər

Orphus sistemi