Azərbaycanda yeni bitum qurğusu istifadəyə veriləcək

Azərbaycanda yeni bitum qurğusu istifadəyə veriləcək Bununla da daxili tələbat yerli istehsal hesabına ödəniləcək
Energetika
3 İyun , 2015 17:04
Azərbaycanda yeni bitum qurğusu istifadəyə veriləcək

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusunu istifadəyə verəcək. "Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Xəzər neft-qaz konfransında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, bu qurğu Heydər Əliyev adına Neft Emalı Zavodunda quraşdırılacaq: “Bu bizə Azərbaycanda bituma olan daxili tələbatı ödəməyə imkan verəcək”.

“Azərneft” Neft Emalı Zavodunun demontajından sonra bitum istehsalı üzrə köhnə qurğu və ilkin emal üzrə digər qurğular satışa çıxarılacaq. İlkin mərhələdə ildə 3 mln. ton gücü olan dizel yanacağı istehsal edən qurğunun, həmçinin katolitik krekinq üzrə qurğu və ELOU-AVT qurğusunun yenilənməsi nəzərdə tutulub”, - R.Abdullayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi