Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 360,7 min ton xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft hasilatının həcmi illik müqayisədə 0,2% azalıb.
Hasil edilən neftin 3 356,7 min tonu əmtəəlik xam neftin payına düşüb.
Bu ilin yanvar ayında 2 486,8 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, onun da 1 576,6 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Ötən ay qaz hasilatı 0,7% artıb, əmtəəlik qazın həcmi isə 5,9% azalıb.