​Azərbaycanda yanacaq mazutunun istehsalı kəskin artıb

​Azərbaycanda yanacaq mazutunun istehsalı kəskin artıb Bu il ölkədə 981 min ton dizel yanacağı istehsal olunub
Energetika
16 İyun , 2016 13:23
​Azərbaycanda yanacaq mazutunun istehsalı kəskin artıb

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 084,0 mln. manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,8% azdır.

Hesabat dövründə 471,0 min ton avtomobil benzini, 79,0 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 275,2 min ton ağ neft, 980,7 min ton dizel yanacağı, 5,0 min ton sürtkü yağları, 47,7 min ton neft bitumu, 69,3 min ton neft koksu istehsal olunub. Avtomobil benzinin istehsalı 10,4%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 15,9%, ağ neft istehsalı 5,5%, dizel yanacağının istehsalı 27,2%, sürtkü yağlarının istehsalı 29,6%, neft bitumunun istehsalı 14,4%, neft koksunun istehsalı 40,4% azalıb.

Bu ilin beş ayında yanacaq mazutunun istehsalında isə 187,4 dəfə artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi