Neft-qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı İşçi qrupun iclası keçirilib

Neft-qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı İşçi qrupun iclası keçirilib Energetika Nazirliyində “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icrasının təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun iclası keçirilib.
Energetika
24 May , 2019 11:12
Neft-qaz sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icrası ilə bağlı İşçi qrupun iclası keçirilib

Energetika Nazirliyində “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”ndə Energetika Nazirliyinin əsas icraçısı olduğu tədbirlərin icrasının təmin edilməsi məqsədilə yaradılmış İşçi qrupunun iclası keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, İşçi qrupunun sədri, nazir müavini Elnur Soltanov Strateji Yol Xəritəsində Energetika Nazirliyinin 8 tədbir üzrə əsas icraçı qismində iştirak etdiyini, 2 tədbirin icrasının başa çatdığı və 6 tədbir üzrə isə müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, İşçi qrupunun yaradılmasında məqsəd strateji yol xəritəsində nazirlik üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrasını təmin etmək, problemləri müzakirə etmək və onları aradan qaldırmaq, eləcə də növbəti dövr üçün addımları müəyyən etməkdir.

İclasda neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair strateji yol xəritəsinin Tədbirlər Planının müvafiq bəndləri üzrə görülmüş işlərin nəticələri nəzərdən keçirilib. Kəşfiyyat işlərinə lisenziya verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə mövcud normativ sənədlərin və qanunvericilik aktlarına dair təkliflərlə bağlı fikir mübadiləsi aparılıb. 2019-cu ildə icrası nəzərdə tutulmuş bəzi tədbirlərlə bağlı ətraflı qiymətləndirmə və təhlillərin aparılması üçün icra müddətinin uzadılması, milli iqtisadiyyatın hədəflərinə uyğun hasilat hədəflərinin müəyyən edilməsi, yanacaq bazarının tənzimlənməsinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, İşçi qrupuna İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Vergilər, Maliyyə nazirliklərinin, SOCAR, “SOCAR PETROLEUM” QSC, “SOCAR Polymer” MMC, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri daxildir.

Son xəbərlər

Orphus sistemi