Bakı. 4 iyun. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağında qazma işləri artıq başlayıb və ilkin olaraq 300 metr hissə qazılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
SOCAR rəsmisinin sözlərinə görə, yeni tikilən qazma qurğusu ilk olaraq "Total" şirkətinin istifadəsinə veriləcək: "Biz qərara gəldik ki, bu qurğunu ilk olaraq "Abşeron" yatağında istifadə etmək üçün "Total"a verək. Qurğu 2017-ci ilin I rübündə hazır olacaq. Çox güman ki, 2018-ci ildə "Total" bu qurğudan istifadəyə başlayacaq".
X.Yusifzadə "Abşeron"da illik hasilatın qazılacaq quyuların sayından asılı olacağını açıqlayıb: "İllik hasilatı indidən demək olmaz. Bu, qazılan quyuların sayından asılıdır. Biz yalnız ehtiyatlar haqqında proqnoz verə bilərik".