Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,8 mln.-u ötüb

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,8 mln.-u ötüb Fevralda 18 504 yeni abonent qeydiyyata alınıb
Energetika
11 Mart , 2016 14:28
Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,8 mln.-u  ötüb

Bakı. 11 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunun 2 667-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 15 837-si isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 869 274-ə çatıb.

Martın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 128 408 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 350 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Son xəbərlər

Orphus sistemi