Azərbaycanda əhali üçün nəzərdə tutulan təbii qazın limiti artırılıb

Azərbaycanda əhali üçün nəzərdə tutulan təbii qazın limiti artırılıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə güzəştli qiymətlə təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.
Energetika
30 Aprel , 2019 19:06
Azərbaycanda əhali üçün nəzərdə tutulan təbii qazın limiti artırılıb
Report/Elchin Murad

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə güzəştli qiymətlə təbii qazın illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev aprelin 30-da keçirdiyi brifinqdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarını şərh edərkən deyib.

Nazir qeyd edib ki, aprelin 30-da Tarif Şurasının iclası keçirilib və müvafiq qərar qəbul edilib: “Bu günədək güzəştli tariflə illik istehlak limiti 1700 kubmetr idi. 1,5 milyon abonent və ya 6 milyon nəfər bu güzəştdən istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (təxminən 1 milyon 200 min nəfər) də bu imkanlardan istifadə edəcək. Beləliklə, güzəştli tariflərdən abonentlərin 70 faizi istifadə edirdisə, bugünkü qərardan sonra həmin göstərici 85 faizədək artacaq. Qərar mayın 1-dən qüvvəyə minəcək”.

“Bu qərar dövlətimizin başçısının humanist addımı kimi, öz vətəndaşlarına diqqət və qayğısının göstəricisi kimi qiymətləndirilməlidir”, - Ş.Mustafayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi