Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb Bu ilin yanvar-iyul ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olub
Energetika
12 Avqust , 2022 13:30
Azərbaycanda təbii qaza görə ödənişlər 17 %-dən çox artıb

Bu ilin yanvar-iyul ayları ərzində "Azəriqaz" İstehsalat Birliyinin satdığı təbii qaza görə ödəniş səviyyəsi 105,95 % olub.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,12 % çoxdur: “Ödəniş səviyyəsi əhali sektoru üzrə 104,55 % təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,41 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 107,01 % olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,28 % çoxdur”.

R. Cavadov həmçinin bildirib ki, bu ilin iyul ayında ödəniş səviyyəsi 114,29 % təşkil edib ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 5,06 % çoxdur: “Ötən ay ödəniş səviyyəsi əhali sektoru üzrə 170,61 % təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 30,69 % çoxdur. Qeyri-əhali sektoru üzrə iyul ayında ödəniş səviyyəsi 99,28 % olub ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,06 % azdır”.

Son xəbərlər

Orphus sistemi