Azərbaycanda “SOCAR” brendi ilə 28-ci yanacaqdoldurma məntəqəsi açılıb

Azərbaycanda “SOCAR” brendi ilə 28-ci yanacaqdoldurma məntəqəsi açılıb Bakı. 30 avqust. REPORT.AZ/ Bakının Pirallahı rayonu, Pirallahı qəsəbəsində “SOCAR” brendi altında sayca 28-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib.
Energetika
30 Avqust , 2018 12:14
Azərbaycanda “SOCAR” brendi ilə 28-ci yanacaqdoldurma məntəqəsi açılıb
socar-petroleum.az
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Bakının Pirallahı rayonu, Pirallahı qəsəbəsində “SOCAR” brendi altında sayca 28-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi  keçirilib.

“Report” xəbər verir ki, tədbirdə “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov, Cəmiyyətin digər rəhbər işçiləri və Pirallahı rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə T.Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, “ASAN” ödəniş terminalı, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. “Premium”, “A-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. T.Seyidov “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu məntəqədə 20 nəfərə yaxın işçi çalışır.

Daha sonra Pirallahı Rayon İcra Hakimiyəti başçısının I müavini Vəzir Səfixanov “SOCAR Petroleum” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar diləyib. Natiq bildirib ki, ölkə rəhbəri İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır. V.Səfixanov dövlət proqramları çərçivəsində rayonda reallaşdırılan layihələr, görülən işlər barədə məlumat verdi, yeni müəssisələrin istifadəyə verilməsini, yeni iş yerlərinin yaradılmasının önəmini vurğulayıb. Qeyd edilib ki, məntəqənin işə düşməsi ilə rayonda yanacağa olan tələbat tam ödəniləcək. YDM-ə isə əsasən yerli sakinlərin götürülməsini diqqətə çatdıran V.Səfixanov əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar. Sonda baş direktor “SOCAR PETROLEUM” QSC -nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi