Azərbaycanda SOCAR brendi ilə 26-cı yanacaqdoldurma məntəqəsi açılıb

Azərbaycanda SOCAR brendi ilə 26-cı yanacaqdoldurma məntəqəsi açılıb Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Ucar rayonunun Müsüslü kəndi ərazisində “SOCAR Petroleum” QSC-yə məxsus sayca 26-cı yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi olub.
Energetika
6 Dekabr , 2017 17:30
Azərbaycanda SOCAR brendi ilə 26-cı yanacaqdoldurma məntəqəsi açılıb
Socar-petroleum.az

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Ucar rayonunun Müsüslü kəndi ərazisində “SOCAR Petroleum” QSC-yə məxsus sayca 26-cı yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi olub.

“Report” QSC-yə istinadən xəbər verir ki, YDM müasir şəraiti və yüksək xidmət keyfiyyəti ilə bölgənin aparıcı müəssisələrindəndir.

“Yanacaqdoldurma məntəqəsi öz çoxprofilli xidmətlərini yerləşdiyi coğrafi ərazinin əhalisinə təqdim edəcək. Yanacaqdoldurma məntəqəsi modern görünüşü ilə bərabər beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilib. Digər YDM-lərdə olduğu kimi nağdsız ödənişi nəzərdə tutan POS-terminallar, ən son model Yaponiya istehsalı olan “Tatsuno” yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem, təhlükəsizlik məqsədilə fasiləsiz fəaliyyət göstərən videomüşahidə sistemi kimi innovativ yeniliklər bu məntəqədə tətbiq edilib”, - deyə məlumatda qeyd edilib.

“Premium”, “Ai-92” markalı benzin və dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə beş yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 8 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

Yeni YDM-in istifadəyə verilməsini “SOCAR Petroleum" QSC-nin baş direktoru Toğrul Seyidov açıq elan edib və SOCAR prezidenti Rövnəq Abdullayevin bu münasibətlə təbriklərini çatdırıb. Tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunan müasir avadanlıqlarla tanış edilib. Həmin YDM-də ərazi üzrə qeydiyyatda olan orta hesabla 25 nəfər  işçi çalışır.

Son xəbərlər

Orphus sistemi