​Azərbaycanda "SOCAR" brendi altında 22-ci yanacaqdoldurma məntəqəsi açılıb

​Azərbaycanda "SOCAR" brendi altında 22-ci yanacaqdoldurma məntəqəsi açılıb Məntəqə Şamaxı rayonunun Əngərxaran kəndində yerləşir
Energetika
8 Avqust , 2016 12:42
​Azərbaycanda SOCAR brendi altında 22-ci yanacaqdoldurma məntəqəsi açılıb

Bakı. 8 avqust. REPORT.AZ/ Şamaxı rayonunun Əngərxaran kəndində "SOCAR" brendi altında sayca 22-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib. Bu barədə "Report"a SOCAR-dan bildirilib.

Məlumata görə, tədbiri giriş sözü ilə açan ''SOCAR Petroleum'' QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Onun sözlərinə görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb.

T.Seyidov "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini vurğulayıb. O, qeyd edib ki, bu məntəqələrin hər birində orta hesabla 60 nəfər çalışır.

Baş direktor “SOCAR Petroleum” QSC-nin kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, məntəqənin əməkdaşlarına uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi