Azərbaycanda sahibkarlıq oobyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir

Azərbaycanda sahibkarlıq oobyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir Bununla bağlı Texniki Şura yaradılıb
Energetika
145
4 Aprel , 2017 18:18
Azərbaycanda sahibkarlıq oobyektlərinin elektrik enerjisi ilə təchizatı proseduru sadələşdirilir
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərman ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq ediləcək. Həmçinin sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə Texniki Şura yaradılıb.

Son xəbərlər