Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,95 mln.-a çatıb

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,95 mln.-a çatıb Avqustda "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 15,7 min yeni abonent qeydiyyata alınıb
Energetika
9 Sentyabr , 2016 11:24
Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,95 mln.-a çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 15 695 yeni abonent qeydiyyata alınıb ki, bunun da 3 341-i Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 12 354-ü isə regionların payına düşüb. Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1 945 123-ə çatıb.

Qeyd edək ki, sentyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 522 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 369 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi