Yuxarı
    Bağlamaq

    Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 2,05 mln.-u ötüb

    İlk yarımillikdə əhali sektoru üzrə 46 024 yeni abonent qeydiyyata alınıb

    Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 46 024 yeni abonent qeydiyyata alınıb.

    “Report”un “Azəriqaz”a istinadən verdiyi xəbərə görə, bunun da 21 705-i Bakı, Abşeron və Sumqayıt, 24 319-u isə regionlar üzrədir.

    Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb.

    İyulun 1-i tarixinə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi