Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,753 mln.-a çatıb

Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,753 mln.-a çatıb Qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb
Energetika
10 Aprel , 2015 17:32
Azərbaycanda qazla təmin olunan abonentlərin sayı 1,753 mln.-a çatıb

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda təbii qazla təmin olunan abonentlərin ümumi sayı aprelin 1-nə 1 752 660-a çatıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qeydiyyata alınmış abonentlərin 22 863-ü qeyri-əhali, 1 729 797-i isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19 862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10 538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri, 9 324-ü isə regionların payına düşür.

Qurumun yaydığı məlumata görə, cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.

Həmçinin 1 aprel 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub, eyni zamanda, qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi