Cəmil Məlikov: “Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib”

Cəmil Məlikov: “Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib” Hazırda Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib, bu məntəqələrdə də ortalama 11 yaşayış evləri var.
Energetika
28 Noyabr , 2019 16:35
Cəmil Məlikov: “Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib”

Hazırda Azərbaycanda qazın çəkilişi texniki olaraq mümkünsüz və iqtisadi səmərəli olmayan 265 yaşayış məntəqəsi müəyyən edilib, bu məntəqələrdə də ortalama 11 yaşayış evləri var.

“Report”un məlumatına görə, bunu Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədr müavini Cəmil Məlikov jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, yaşayış məntəqələri enerji tələbatından asılı olaraq təsnifatlaşdırılaraq 4 sinifə bölünüb: “Azərbaycanda "Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təminatı məsələsinin araşdırılması və müvafiq təkliflərin hazırlanması” layihəsi çərçivəsində Azərbaycan üzrə enerji tələbatından asılı olaraq 4 təsnifat sinifi üzrə xususi texnolojı həlləri hazırlanıb təqdim olunacaq. Siniflər üzrə coğrafi yerləşmədən asılı olaraq fərqli enerji tələbatı mövcuddur. Bundan asılı olaraq hər sinif üzrə xüsusi texnoloji həlləri hazırlanacaq".

C.Məlikov bildirib ki, təsnifata uyğun olaraq A sinifinə daxil olan məntəqələr üzrə ən azı ildə bir kvadrat metrə olan illik istilik enerjisinə olan tələbat saatda 150 kVt-dısa, D sinifə daxil olan yaşayış məntəqələrində bu göstərici saatda 350 kVt-dır. Ona görə də, hər ərazi üzrə texnologiyaların seçilməsində yanaşma fərdi olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən qeyd olunan layihə üzrə keçirilən tenderin qalibi və layihənin icraçısı “Azalternativenerji” MMC olub.

Layihənin əsas məqsədi Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına əsasən, “4.1.5 Texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli olmayan ucqar yaşayış məntəqələrinin alternativ mənbələrlə enerji təminatının həyata keçirilməsi” prioritetinin reallaşması nəticəsində kəndlərin sosial rifahının yaxşılaşdırılmasıdır.

Layihənin reallaşması üçün bu istiqamətdə problemlərin həlli yollarına dair təkliflərin hazırlanması, alternativ mənbələrlə təminatın həyata keçirilməsi, eləcə də beynəlxalq təcrübənin və ölkədə mövcud vəziyyətin araşdırılması bununla bağlı hazırlanmış təklifləri aidiyyəti qurumlara təqdim olunması kimi vəzifələr yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi