Azərbaycanda qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar dəyişib

Azərbaycanda qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar dəyişib Nazirlər Kabineti 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”da dəyişiklik edib.
Energetika
28 dekabr 2023 08:04
Azərbaycanda qaz təchizatının ümumi şərtlərini təyin edən qaydalar dəyişib

Nazirlər Kabineti 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”da dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Qaydası”na əsasən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi