Azərbaycanda qaz təchizatı və layihələndirmə normalarına dəyişiklik edilib

Azərbaycanda qaz təchizatı və layihələndirmə normalarına dəyişiklik edilib Qazın verilməsini dayandıran təhlükəsizlik avtomatikası ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir
Energetika
12 İyun , 2015 16:19
Azərbaycanda qaz təchizatı və layihələndirmə normalarına dəyişiklik edilib

Bakı. 12 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Qaz təchizatı. Layihələndirmə normaları"na əlavə və dəyişikliklər edib. "Report"un Komitənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, edilən əlavələrə əsasən, daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır.

Həmçinin, yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində alovun nəzarətsiz sönməsi baş verəcəyi halda, qazın verilməsini dayandıran təhlükəsizlik avtomatikası ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.

Bununla yanaşı, qazlaşdırılan bütün təyinatlı binaların mənzillərində havanın qazla çirklənmə həddi qaz-hava qarışığının alışmasının minimum həddinin 10%-nə çatdıqda işə düşən siqnal vericiləri quraşdırılmalıdır.

Xatırladaq ki, qurumun yaydığı məlumata görə, qaz kəmərləri, qaz avadanlığı və cihazları, avtomatika və siqnalizasiya vasitələrinin texniki xidməti və təmiri müqavilə əsasında özünün qəza-dispetçer xidməti olan qazpaylayıcı və ya həmin işlərin görülməsinə lisenziyası (xüsusi icazəsi) olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi