Azərbaycanda qaz hasilatının həcmi 5% artıb

Azərbaycanda qaz hasilatının həcmi 5% artıb Ölkədə 3,3 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub
Energetika
16 Mart , 2017 18:04
Azərbaycanda qaz hasilatının həcmi 5% artıb
Report

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 353,4 min ton xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 6 345,9 min tonu əmtəəlik xam neft olub.

Bu ilin iki ayı ərzində hasil edilən xam neftin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% azalıb.

Yanvar-fevral aylarında  qaz hasilatının həcmi 4 737,4 mln. kubmetr olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% azdır. İlin iki ayı ərzində hasil olunan qazın 3 257,5 mln. kubmetri əmtəəlik qaz olub ki, bu da ötən ilin iki ayından 5,3% çoxdur.

Bu il martın 1-nə 635,3 min ton xam neft, 2 549,2 mln kubmetr isə qaz ehtiyatı olub.

Son xəbərlər

Orphus sistemi