Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib
Energetika
321
14 Avqust , 2020 17:57
Azərbaycanda qaz hasilatı artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 20,540 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 6,3%, (əmtəəlik 6,5%) az olub.

Bu ilin 7 ayında ölkədə 22,246 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 15,897 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 7 ayında təbii qaz hasilatı illik müqayisədə 9,5%, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.

Orphus sistemi