Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb Yanvar-fevral aylarında Azərbaycanda qaz hasilatı 2,5% artaraq 4,9 mlrd. kubmetrə çatıb
Energetika
17 Mart , 2016 17:41
Azərbaycanda qaz hasilatı artıb

Bakı. 17 mart. REPORT.AZ/ Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 6,9 mln. ton xam neft hasil olunub.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft hasilatı ötən ilin müvafiq dövründən 1,4% az olub.

Bu ilin iki ayında 4,9 mlrd. kubmetr həcmində təbii qaz hasil olunub ki, onun da 3,2 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Qaz hasilatı ötən ilin iki ayına nisbətən 2,5% artıb, əmtəəlik qaz hasilatı isə 8,3% azalıb.

Son xəbərlər

Orphus sistemi