Azərbaycanda qaz boru kəmərlərinin layihələndirilməsi üçün yeni tələb

Azərbaycanda qaz boru kəmərlərinin layihələndirilməsi üçün yeni tələb Nazirlər Kabineti “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 21 iyun 1999-cu il tarixli, “Təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 25 avqust 2004-cü il tarixli, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 21 aprel 2005-ci il tarixli, “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 25 iyul 2008-ci il tarixli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 6 fevral 2017-ci il tarixli qərarlarına dəyişiklik edib.
Energetika
16 May , 2020 17:55
Azərbaycanda qaz boru kəmərlərinin layihələndirilməsi üçün yeni tələb

Nazirlər Kabineti “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 21 iyun 1999-cu il tarixli, “Təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında” 25 avqust 2004-cü il tarixli, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 21 aprel 2005-ci il tarixli, “Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” 25 iyul 2008-ci il tarixli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 6 fevral 2017-ci il tarixli qərarlarına dəyişiklik edib.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunla müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Bundan başqa, mövcud boru kəmərləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin kəmərlərin yenidən qurulması və ya həmin kəmərlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ƏMTQ sənədinin hazırlanması tələb olunmayacaq, lakin həmin kəmərlərə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər ediləcək. Bu mövcud kəmərlərin fəaliyyəti zamanı təbiətdən istifadə şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və yaxud ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ƏMTQ aparılmalıdır.

Həmçinin tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların tikinti layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunla müəyyən olunmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi