Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək

Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.
Energetika
126
26 Yanvar , 2021 17:06
Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.

"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - o qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.

Son xəbərlər

Orphus sistemi