Azərbaycanda pərakəndə CNG satışı altı dəfədən çox artıb

Azərbaycanda pərakəndə CNG satışı altı dəfədən çox artıb Bu ilin yanvar-oktyabr ayların ərzində “SOCAR Petroleum” QSC 17,4 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.
Energetika
8 Noyabr , 2019 14:45
Azərbaycanda pərakəndə CNG satışı altı dəfədən çox artıb

Bu ilin yanvar-oktyabr ayların ərzində “SOCAR Petroleum” QSC 17,4 mln. kubmetr sıxılmış təbii qaz (CNG) satıb.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, bu həcmin 2 mln. kubmetri və yaxud təxminən 11%-i pərakəndə qaydada satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə CNG-nin pərakəndə satışı 6 dəfədən çox artıb.

Bildirilib ki, belə dinamik artımın səbəbi benzin mühərrikli avtonəqliyyat vasitələrinin CNG modellerə keçməsi ilə bağlı ölkədə CNG istifadəçilərinin sayının davamlı artması olub. Eyni zamanda, zavod şəraitində CNG mühərriki ilə təchiz edilmiş monoyanacaq avtonəqliyyat vasitələrinin istismarının müşahidəsi olunur, bu da CNG yanacağına təlabatın artırılmasına əlavə dinamika verib.

Qeyd edək ki, CNG AVRO-6 ekoloji standartın tələblərinə tam cavab verən və hazırda geniş istifadədə olan yanacaqlar sırasında ekoloji baxımdan ən təmiz və təhlükəsiz mühərrik yanacağıdır. Bu yanacağın pərakəndə qiyməti bir kubmetr üçün 0,45 manat təşkil edir. İqtisadi və ekolioji üstünlüklərlə yanaşı CNG yanacağının istifadəsi daxili yanma mühərriklərinin motoresurs müddətini və mühərrik yağlarının istismar dövrünü uzadaraq müvafiq xərclərinin azalmasını təmin edir. 

Son xəbərlər

Orphus sistemi