Azərbaycanda ötən ay əhaliyə 143 mln. kubmetr qaz satılıb

Azərbaycanda ötən ay əhaliyə 143 mln. kubmetr qaz satılıb Əhali sektoru üzrə 125,6 min məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub
Energetika
17 Noyabr , 2015 10:25
Azərbaycanda ötən ay əhaliyə 143 mln. kubmetr qaz satılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 7 778 yeni abonent qeydiyyata alınıb.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, bunun 3 001-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun, 4 777-si isə regionların payına düşüb.

Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 68 111 təşkil edib. Bu göstəricinin 24 904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43 207-si isə regionlar üzrə olub.

Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142,862 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş isə 113,2% təşkil edib.

Noyabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb. 

Son xəbərlər

Orphus sistemi