Azərbaycanda ötən il elektrik enerjisi üzrə 254 layihə sənədi razılaşdırılıb

Azərbaycanda ötən il elektrik enerjisi üzrə 254 layihə sənədi razılaşdırılıb 2021-ci ildə Azərbaycanda elektrik enerjisi üzrə 254 ədəd (68 ədədi 0,4 kV-luq şəbəkədən, 186 ədədi isə yüksək gərginlikli şəbəkədən) elektrik qurğusunun layihə sənədi razılaşdırılıb.
Energetika
15 Fevral , 2022 15:56
Azərbaycanda ötən il elektrik enerjisi üzrə 254 layihə sənədi razılaşdırılıb

2021-ci ildə Azərbaycanda elektrik enerjisi üzrə 254 ədəd (68 ədədi 0,4 kV-luq şəbəkədən, 186 ədədi isə yüksək gərginlikli şəbəkədən) elektrik qurğusunun layihə sənədi razılaşdırılıb.

Bu barədə "Report"a Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyindən bildirilib.

Məlumata görə, bundan əlavə 65 layihə sənədinin aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Ötən il həmçinin təbii qaz təchizatı üzrə 3 521 ədəd tikinti obyektinin layihə sənədi razılaşdırılıb, 113 ədəd layihə sənədinin isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub. Layihələrdə aşağıdakı pozuntu hallarına yol verilib:

- texniki şərtlərdə qoyulan tələblərdən kənara çıxmalar;

- elektrik veriliş xətlərinin trassasının kommunikasiyası olan müəssisələrlə razılaşdırılmaması;

- elektrik avadanlıqlarının texniki xarakteristikalarının tam şəkildə qeyd olunmaması;

- qaz qurğularının texniki xarakteristikalarının tam şəkildə qeyd olunmaması.

Agentlik pozuntuların aradan qaldırılması üçün sifarişçilərə metodiki yardım göstərib.

Son xəbərlər

Orphus sistemi