Azərbaycanda ötən il əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb

Azərbaycanda ötən il əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb Hazırda ölkə üzrə 121 min məcburi köçkün ailəsi təbii qazla təmin olunur
Energetika
26 Yanvar , 2015 16:21
Azərbaycanda ötən il əhali sektoru üzrə 85 minə yaxın qaz abunəçisi qeydiyyata alınıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Ötən il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 84 757 yeni abonent qeydiyyata alınıb ki, bunun da 44 656-sı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 40 101-i isə regionların payına düşüb. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Təkcə dekabr ayında 7 448-i Bakı, Sumqayıt və Abşeronda, 3 972-si isə regionlarda olmaqla 11 420 yeni abonent qeydiyyata alınıb.

Bütövlükdə 2014-cü il ərzində əhali sektoru üzrə 2 473,577 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında vəsaitin toplanması 101,1% təşkil eib. Ötən ilin dekabr ayı ərzində 404,077 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 89,2% vəsait toplanıb. Bu onunla əlaqədardır ki, 2014-cü ilin payız-qış mövsümündə tələbatın artması ilə əlaqədar əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilmiş qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Təcrübə göstərir ki, bu mövsümdə yaranan borc növbəti ilin yaz-yay mövsümündə abonentlər tərəfindən ödənilir. Güzəştsiz əhali üzrə 2014-cü il yanvarın 1-nə olan borc 12 ay ərzində 1,6% azalıb.

Eyni zamanda, 2014-cü il ərzində qeyri-əhali sektoru üzrə 2 018,529 mln. kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,7% vəsait toplanıb. Onu da qeyd edək ki, 2015-ci il yanvarın 1-nə əhali sektoru üzrə 120 650 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub.

Son xəbərlər

Orphus sistemi