Azərbaycanda ötən il 702 sənaye qaz qurğusunun istismarına icazə verilib

Azərbaycanda ötən il 702 sənaye qaz qurğusunun istismarına icazə verilib 2021-ci ildə Azərbaycanda təbii qaz istehlakçılarının təqdim etdikləri, razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış 702 ədəd sənaye qaz qurğularının istismarına icazə verilib.
Energetika
15 fevral 2022 12:41
Azərbaycanda ötən il 702 sənaye qaz qurğusunun istismarına icazə verilib

2021-ci ildə Azərbaycanda təbii qaz istehlakçılarının təqdim etdikləri, razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış 702 ədəd sənaye qaz qurğularının istismarına icazə verilib.

Bu barədə "Report"a Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) bildirilib.

Məlumata görə, sənaye qaz qurğularının istismarına icazə verilməsinə dair müraciətlər araşdırılarkən aşağıdakı tipik pozuntu halları aşkar edilib:

- sənaye qaz qurğularının texniki pasportlarının təqdim olunmaması;

- tikinti norma və qaydalarının tələblərinin pozulması;

- layihəyə uyğun olaraq qurğu və avadanlıqların tam quraşdırılmaması.

Agentlik pozuntuların aradan qaldırılması üçün sifarişçilərə məsləhətlər verib, metodiki köməklik göstərib.

Son xəbərlər

Orphus sistemi