Azərbaycanda ötən il 430 yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda ötən il 430 yaşayış məntəqəsinə qaz verilib Əhali kateqoriyasına aid abonentlərin sayı 1,811 mln.-u ötüb
Energetika
19 Yanvar , 2016 16:09
Azərbaycanda ötən il 430 yaşayış məntəqəsinə qaz verilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi tərəfindən 2015-ci ildə 12 225 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 519 km qaz kəməri əsaslı təmir edilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan tikinti-quraşdırma işləri nəticəsində ötən il 430 yaşayış məntəqəsi qazlaşdırılıb. 2016-cı il yanvarın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 811 309-a çatıb.

Qeyd edək ki, bu işlər Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) və Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2014-2016-cı illər) icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi