Azərbaycanda ötən il 38,8 mln. ton neft və 28,6 mlrd. kubmetr qaz hasil olunub

Azərbaycanda ötən il 38,8 mln. ton neft və 28,6 mlrd. kubmetr qaz hasil olunub Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qaz kondensatı daxil olmaqla 38 777,5 min ton xam neft hasil edilib.
Energetika
17 Yanvar , 2018 15:09
Azərbaycanda ötən il 38,8 mln. ton neft və 28,6 mlrd. kubmetr qaz hasil olunub

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə qaz kondensatı daxil olmaqla 38 777,5 min ton xam neft hasil edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 38 700,2 min tonu əmtəəlik xam neft olub.

Ötən il ölkədə 28 563,5 mln. kubmetr təbii qaz hasil edilib ki, bu həcmin 18 157,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Neft hasilatı 5,5%, əmtəəlik neft hasilatı 5,6%, qaz hasilatı 2,6%, əmtəəlik qaz hasilatı isə 3% azalıb.

Son xəbərlər

Orphus sistemi