Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib.
Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin binalarda 3 485 ailə yaşayır.
Xatırladaq ki, 2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17 348 ailə yaşayır.