Azərbaycanda ötən ay 1,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib

Azərbaycanda ötən ay 1,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib Bakı. 5 yanvar. REPORT.AZ/ 2017-ci ilin dekabr ayında Azərbaycanda istehsal edilmiş elektrik enerjisinin həcmi 1,9 mlrd. kVt/saat olub. 
Energetika
5 Yanvar , 2018 11:43
Azərbaycanda ötən ay 1,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib

Bakı. 5 yanvar. REPORT.AZ/ 2017-ci ilin dekabr ayında Azərbaycanda istehsal edilmiş elektrik enerjisinin həcmi 1,9 mlrd. kVt/saat olub. 

Bunu “Report”a “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 mlrd. kVt/saat və yaxud 13,64% azdır. Xatırladaq ki, 2016-cı ilin dekabr ayında sözügedən rəqəm 2,2 mlrd. kVt/saat təşkil edib.

“Bu dövrdə digər dövlətlərlə elektrik enerjisi mübadiləsi də qarşılıqlı şəkildə həyata keçirilb. “Azərenerji” "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb”, - deyə Y.Babanlı əlavə edib.

Son xəbərlər

Orphus sistemi