Azərbaycanda neft və qaz hasilatı artıb

Azərbaycanda neft və qaz hasilatı artıb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 35 467,2 min ton xam neft hasil edilib.
Energetika
17 Dekabr , 2018 17:47
Azərbaycanda neft və qaz hasilatı artıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 35 467,2 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 35,420 mln. tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin 11 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,2% çoxdur.

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 27,746 mlrd. kubmetr təbii qaz istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 6,5% çoxdur.

Hesabat dövründə qaz hasilatının 17,417 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb ki, bu göstərici ötən ilin müvafiq dövründən 4,9% artıqdır.

Son xəbərlər

Orphus sistemi