Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq

Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq Vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq
Energetika
29 İyun , 2016 15:14
Azərbaycanda neft-qaz yataqlarının virtual modeli hazırlanacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi tərəfindən yataqların virtual modelinin qurulması üçün SCADA sisteminin yaradılması planlaşdırılır. SCADA sisteminin yaradılması ilə yataqların istismarı, hasil olunan neft-qazın emalı, saxlanılması, nəqli və aparılan texnoloji proseslərin vizuallaşdırılması həyata keçiriləcək. 

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, eyni zamanda, bu sistemlə baş verə biləcək risklərin azaldılması üçün proseslərə fasiləsiz nəzarət və məsafədən idarəetmə mümkün olacaq. Sistemin tətbiqi xərclərin azaldılması və istehsalın artımına da kömək edəcək. 

SCADA sisteminin pilot layihə kimi ilk olaraq “28 May” NQÇİ-də tətbiq edilməsi nəzərdə tutulur. Burada vahid dispetçer nəzarət-idarəetməsi və məlumatların toplanması mərkəzi yaradılacaq. Gələcəkdə isə bu sistem Birliyin bütün idarələrində tətbiq olunacaq və məlumatlar iyerarxik olaraq üstə - “Azneft” İB-nin idarəetmə aparatının dispetçer məntəqəsinə ötürüləcək.

Son xəbərlər

Orphus sistemi