Azərbaycanda neft məhsullarının istehsalı artıb

Azərbaycanda neft məhsullarının istehsalı artıb Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 mln. manat təşkil edib.
Energetika
129
17 Fevral , 2020 18:35
Azərbaycanda neft məhsullarının istehsalı artıb

Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 272,6 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar ayı ilə müqayisədə 21,3% çoxdur.

Ötən ay Azərbaycanda 121,9 min ton avtomobil benzini, 203,1 min ton dizel yanacağı istehsal edilib ki, avtomobil benzini istehsalı 2019-cu ilin yanvar ayından 15,3%, dizel yanacağı istehsalı 21,5% artıb.

Hesabat dövründə 55,2 min ton ağ neft, 12 min ton yanacaq mazutu, 4,1 min ton sürtkü yağları, 14,7 min ton neft bitumu istehsal olunub.

Ağ neftin istehsalı 12,7%, yanacaq mazutunun istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 2,2 dəfə, neft bitumunun istehsalı 2,5 dəfə artıb.

Ötən ay neft-kimya sənayesində istifadə üçün benzin istehsalında və neft koksunun istehsalında azalma qeydə alınıb. Belə ki, yanvar ayında 23,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 20,8 min ton neft koksu istehsal edilib.

Neft koksunun istehsalı 1,4%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 10,1% azalıb. 

Son xəbərlər

Orphus sistemi