Azərbaycanda neft məhsulları istehsalı 9,6% artıb

Azərbaycanda neft məhsulları istehsalı 9,6% artıb Bu ilin I rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat təşkil edib.
Energetika
17 Aprel , 2020 17:35
Azərbaycanda neft məhsulları istehsalı 9,6% artıb

Bu ilin I rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 9,6% çoxdur.

Neft məhsullarından avtomobil benzini istehsalı 343,8 min ton, dizel yanacağı istehsalı 559,9 min ton, yanacaq mazutu istehsalı 27,6 min ton, sürtkü yağları istehsalı 6,4 min ton, neft bitumu istehsalı 54,6 min ton təşkil edib. Avtomobil benzini istehsalı 13,5%, dizel yanacağı istehsalı 8,6%, yanacaq mazutunun istehsalı 53,3%, neft bitumunun istehsalı 38,6%, sürtkü yağlarının istehsalı 30,6% artıb.

Hesabat dövründə 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 59,4 min ton neft koksu istehsal edilib. Neft koksunun istehsalı 2,9%, ağ neftin istehsalı 4,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9% azalıb.

Son xəbərlər

Orphus sistemi