Yuxarı

Azərbaycanda neft hasilatı son 10 ayda 35,8 mln. ton olub

İllik müqayisədə neft hasilatı 2% azalıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft hasilatı 35,746 mln. ton təşkil edib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatında deyilir. 

Ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 1,8% azalıb. 

Qeyd edək ki, 2013-cü ilin yekunlarına görə, Azərbaycanda neft hasilatı 43,5 mln. ton təşkil edib. SOCAR-ın proqnozlarına əsasən, 2014-cü ildə ölkədə ümumi neft hasilatı 41,2 mln. ton səviyyəsində proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi