​Azərbaycanda neft və qaz hasilatı artıb

​Azərbaycanda neft və qaz hasilatı artıb Neft hasilatı 0,4%, qaz hasilatı 1,2% artıb
Energetika
14 İyul , 2016 12:59
​Azərbaycanda neft və qaz  hasilatı artıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda xam neft hasilatı 21,064 mln. ton təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 0,4% çoxdur.

Hesabat dövründə hasil olunmuş xam neftin 21,037 mln. tonu (0,4% çox) əmtəəlik neft təşkil edib.

İlin I yarısında 14,923 mlrd. kubmetr qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,2% çoxdur. Bu müddətdə əmtəəlik qaz hasilatının həcmi isə 9,362 mlrd. kubmetr təşkil edib. Bu isə illik müqayisədə 8,8% azalma deməkdir.

Son xəbərlər

Orphus sistemi