Azərbaycanda neft hasilatı 0,5% artıb

Azərbaycanda neft hasilatı 0,5% artıb Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 372,9 min ton xam neft hasil edilib.
Energetika
16 Mart , 2018 14:00
Azərbaycanda neft hasilatı 0,5% artıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 6 372,9 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 6 364,9 min tonu əmtəəlik xam neft olub. Hesabat dövründə neft hasilatının həcmi illik müqayisədə 0,5% artıb.

İlin iki ayı ərzində ölkədə 4 726,9 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin analoji dövründən 0,8% çoxdur. Hesabat dövründə hasil edilən təbii qazın 2 908,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı ötən ilin yanvar-fevral aylarından 9,4% azalıb.

Son xəbərlər

Orphus sistemi