Azərbaycanda müstəqillik illərində 700 mln. ton neft hasil olunub

Azərbaycanda müstəqillik illərində 700 mln. ton neft hasil olunub Bunun 460 mln. tonu "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında, 240 mln. tonu isə SOCAR tərəfindən hasil edilib
Energetika
1 Noyabr , 2017 10:58
Azərbaycanda müstəqillik illərində 700 mln. ton neft hasil olunub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov / Report/ Firi Salim

Bakı. 1 noyabr. REPORT.AZ/ Müstəqillik illərində Azərbaycanda ümumilikdə 700 mln. ton neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər Texiniki Konfrans və Sərgisində (1-3 noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov bildirib.

"Bu günlərdə 2 milyardıncı ton Azərbaycan neftinin hasil edilməsinin şahidi olacağıq. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ilin mart ayında hasil edilib. Kiçik bir ölkədə işlənmənin əvvəlindən 2 mlrd. ton neft hasil edilməsi böyük hadisədir. Bu hadisə 1871-ci ildən hesablanır. O vaxta qədər hasilatın hesabatı aparılmayıb. Bir mlrd. ton neft çıxartmaq üçün yarım əsrdən də az vaxt, cəmi 46 il lazım olub. Azərbyacanın müstəqilliyi bu işdə müstəna rol oynayıb. Neftin 300 mln. tonu keçmiş Sovet hakimiyyətinin son 20 ili ərzində, 700 mln. tonu isə müstəqillik illərində hasil olunub".

Ə.Abbasov qeyd edib ki, 700 mln. ton neftin 460 mln. tonunu "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları üzrə konsorsium tərəfindən, 240 mln. tonunu isə SOCAR hasil edib.

Son xəbərlər

Orphus sistemi