Azərbaycanda külək enerjisinin istehsalı 4 dəfə artıb

Azərbaycanda külək enerjisinin istehsalı 4 dəfə artıb Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 570,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
17 Noyabr , 2018 12:59
Azərbaycanda külək enerjisinin istehsalı 4 dəfə artıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 570,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 3,3% artaraq 262,7 mln. manat təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycanda 19 023,0 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Bunun 1 528,4 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 0,1% çoxdur.

Bunun 16 688,4 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 1,4% çoxdur.

Hesabat dövründə Azərbaycanda 42,5 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 4 dəfə çoxdur.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə 35,2 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 2,2% azdır.

Son xəbərlər

Orphus sistemi