Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 711,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
20 May , 2019 09:50
Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 711,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 9,4% artaraq 101,6 mln. manat təşkil edib.

Ötən dörd ay ərzində Azərbaycanda 8 197,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.

Elektrik enerjisinin 434,5 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 16,4% azdır.

Enerji istehsalının 7 435,2 mln. kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 5,9% çoxdur.

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 40,5 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin dörd ayının göstəriciləri ilə müqayisədə 7,5 dəfə çoxdur.

Bu ilin dörd ayı ərzində ölkədə 7,5 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 33,6% azdır.

Son xəbərlər

Orphus sistemi