Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 312,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un
Ötən 8 ay ərzində Azərbaycanda 16 403,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.
Bunun 1 188,4 mln. kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 10,3% azdır.
Bunun 14 530,8 mln. kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 7,2% çoxdur.
Hesabat dövründə Azərbaycanda 78,2 mln. kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 8 ayının göstəriciləri ilə müqayisədə 3,2 dəfə çoxdur.
Yanvar-avqustda ölkədə 29,8 mln. kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-avqust aylarının göstəricisi ilə müqayisədə 8% çoxdur.