Azərbaycanda külək enerjisi istehsalı 2,2 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 2,2 dəfə artıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 606,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
20 Noyabr , 2019 16:10
Azərbaycanda külək enerjisi istehsalı 2,2 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 1 606,milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 6,4% artaraq 272,8 milyon manat təşkil edib.

Ötən 10 ay ərzində Azərbaycanda 19 913,milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 4,7% çoxdur.

Bunun 1 381,9 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 9,6% azdır.

Bunun 1798,8 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 6,1% çoxdur.

Hesabat dövründə Azərbaycanda 92,4 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin 10 ayının göstəriciləri ilə müqayisədə 2,2 dəfə çoxdur.

Yanvar-oktyabr aylarında ölkədə 37,8 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 7,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi