Azərbaycanda istilik elektrik enerjisi istehsalı 2% artıb

Azərbaycanda istilik elektrik enerjisi istehsalı 2% artıb Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 195,4 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
18 Fevral , 2020 13:36
Azərbaycanda istilik elektrik enerjisi istehsalı 2% artıb
Freepik.com

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda dövr ərzində 195,4 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 6,4%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1% artaraq 23,9 mln manat təşkil edib.

Ötən ilk ayı ərzində Azərbaycanda 2 185,mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 0,4% azdır.

Bunun 63,9 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 34,9% azdır.

Bunun 2 046,9 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 2% çoxdur.

Hesabat dövründə Azərbaycanda 7,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin ilk ayının göstəriciləri ilə müqayisədə 36,8% azdır.

Yanvar ayında ölkədə 2,2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 8,3% azdır.

Son xəbərlər

Orphus sistemi