İndiyə qədər Azərbaycanda dənizdə yerləşən yataqlardan 1,090 mlrd ton, quruda yerləşən yataqlardan isə 0,979 mlrd ton neft hasil edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (
O qeyd edib ki, indiyə qədər dənizdəki yataqlardan təbii qaz hasilatının həcmi 713 mlrd kubmetr, qurudakı yataqlardan isə 139 mlrd kubmetr təşkil edib.
SOCAR-ın vitse-prezidenti indiyədək dənizdə 28 neft-qaz yatağının kəşf olunduğunu, onlardan 19 yatağın işlənmədə olduğunu, quruda isə 53 yatağın kəşf edildiyini və 40 yataqda hasilat aparıldığını əlavə edib.